Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Marneulidə plastik butulkalar üçün yeni qablar qoyuldu

Posted on 16 Yanvar 2017

Marneuli Bələdiyyəsində MMC “Marneulinin Orqanik Tullantıların Emalı Müəssisəsi” plastik butulkaları üçün xüsusi hazırlanmış metal qablar-konstruksiyalar yerləşdirdi
Plastik butulkalar üçün 15 qab, ilk mərhələdə Marneuli şəhərində 13 yerə yerləşdirildi.
Marneuli Bələdiyyəsinin Özünüidarəetməsi, artıq dərəcədə xahiş edir ki, yeni qablardan istifadə edin ki, Bələdiyyəmizin təmizliyinə birlikdə diqqət ayıraq.
Qablar aşağıdakı məkanlara: Sarvan mağazası, İmperial mağazası və “Biq Market”, “Vaqif Foto” foto studiyası, Marneuli şəhər doğum evi, “Magti” və “Geocell” ofisləri, Gürcüstan poçtu, bazar ərazisində yerləşən ticarət mərkəzi, 5 saylı məktəb, Smart supermaketi, PSP apteki və Ədliyyə Evi önündə yerləşdirildi.
Bələdiyyənin müxtəlif yerlərinə plastik butulkalar üçün ayrılan dəmir konstruksiyaların yerləşdirilməsi davam edəcək.

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes