Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Hansı ayda hara getmək məsləhətdir?

Posted on 11 Yanvar 2017

2017-ci ilin səyahət xəritəsi.

Böyük Britaniyanın “İndependent” qəzeti 2017-ci ilin səyahət xəritəsini dərc edib. Xəritədə 12 ay və hər aya görə hara səyahət etmək əksini tapıb. 

Yanvarda Çiliyə, fevralda gözəl plyajlarına görə Kipr Respublikasına, martda Qanaya, apreldə isə Pasxa bayramını keçirmək üçün ABŞ-ın Nyu-Orlean şəhərinə getməyi məsləhət görülür.

Mayda getmək üçün ən ideal ölkə Perudur.

İyunda Estoniyada “Köhnə şəhər günləri” festivalında iştirak etmək, iyulda Kanada, avqustda isə ABŞ-da Sakit okean sahillərindəki şəhərləri ziyarət etmək məsləhətdir.

Sentyabrda Danimarkanın ikinci ən böyük şəhəri Orhus, oktyabrda Çinin Sian şəhəri, noyabrda Yeni Zellandiya ən gözəl səyahət marşrutu hesab olunur.

2017-ci ilin son ayı üçün isə Amsterdam küçələrində gəzmək məsləhət görülür.

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes