Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Bu Günün Tarixi

Posted on 11 Yanvar 201710 Yanvar 2017

Bu Günün Tarixi 11.1.2017-cı il.

İlk lotereya çəkilişi Birləşmiş Krallıqda 1569-cu ilin 11 yanvarında həyata keçrilmişdir.

11 yanvar 1878-ci ildə süd ilk dəfə şüşə butulqada satılmağa başlamışdır.

1920-ci ilin 11 yanvarında Azərbaycanın müstəqilliyi Versal Sülh Konfransının Ali Şurasında de-fakto olaraq tanınmışdır.

1929-cu ilin bu günü Sovet birliyində iş müddəti 7 saata endirildi.

1943-ci ilin bu günü Qızıl Ordu 2-ci dünya müharibəsində işğal olmuş Stalinqradın mühasirəsini yardı.

ABŞ-lı fizikaçı, Nobel Fizika Mükafatı sahibi Carl David Anderson 1991-ci ilin 11 yanvarında dünyasını dəyişib.

Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunmuş; o, həmin gün III Fəxri Xiyabanda dəfn edilmişdir.

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes