Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

“BORÇALI” nəşriyyatının rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb » ZiM.Az –

Posted on 18 İyul 202418 İyul 2024

TƏBRİK EDİRİK!..

“Borçalı” nəşriyyatının, “Borçalı” qəzetinin və “Borcali.org” saytının təsisçisi və baş redaktoru, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, “Abulla Şaiq”, “Nəriman Nərimanov”, “Zirvə”, “Zəfər”, “Qızıl Qələm” və s. mükafatların laureatı olan MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) – bu günlərdə AYB-nin təqdimatına və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” müvafiq sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.

Bu münasibətlə, eləcə də,
fürsətdən istifadə edərək,
qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə,
Redaksiya Heyətimiz və
Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız,
dəyərli ziyalımız,
çox hörmətli qələm dostumuz
Müşfiq müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də,
elmi-pedaqoji, ədəbi-bədii və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Qeyd edək ki, Müşfiq Borçalı – eyni zamanda, Azərbaycan Texniki Universitetinin əməkdaşı – AzTU Press nəşriyyatının, “Ziya” qəzetinin,  “ZiM.Az”  və “Ziya.İnfo.Az” saytlarının Baş redaktorudur. O, həmçinin, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin qurucusu və Baş məsləhətçisi, eləcə də, “Ziya”, “Zirvə” və “Zəfər” İnformasiya mərkəzlərinin, “Yurd” nəşriyyatının, “Zirve.info”,  “Zirve.İnfo.Az”, “Zefer.info.az”, “Yurd.info.az”, “elm.info.az”,  “Bolnisi.Az” saytlarının da qurucusu və rəhbəridir.

“Borçalı” nəşriyyatının, “Borçalı” qəzetinin və “Borcali.org” saytının
Redaksiya Heyəti və Yaradıcı kollektivi

 

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

 

 

Post Views: 6
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes