24 addım geriyə

Azərbaycan müstəqilliyinin 24 illiyini insan hüquq və azadlıqlarını pozmaqla, işgəncələr və təqiblər etməklə qeyd edir. 18 oktyabr 2015-ci il Azərbaycan müstəqilliyinin 24 ilni qeyd edəcəkdir. Bu illər ərzində Azərbaycan demokratik bir ölkə olmadı, əksinə, inanclılara, müxalifətçilərə, jurnalistlərə, hüquq müdafiyəçilərinə qarşı kütləvi repressiyalarla məşhur oldu.
Azərbaycan qaba şəkildə vətəndaşların nəinki siyasi, vətəndaş, həmçinin iqtisadi hüquqlarını pozmaqdadır.
Siyasi məhbuslar işgəncələrlə dolu uzun müddətli həbslərlə cəzalarını yekunlaşdırmırlar. Onların cəza müddətləri uydurma ittihamlarla uzadılır. Hal-hazırda onların sayı 80-ə yaxın olsada qeyd etmək lazımdır ki, siyasi məhbus qavramının kriteriyalarına cavab verən daha çox məhbus vardır. Düşünürəm ki, siyasi motivlərlə həbs olunmuş daha çox siyasi fəallar ədalətli yanaşma ilə bu siyahıda əks olunacaqlar.
Azərbaycan iqtidarı həmçinin inanclı kəsimə qarşı dözümsüzlük göstərməkdədir. dindarlar saxta donosların qurbanı olur və müxtəlif təqiblər, həbslər və işgəncələrlə üzləşirlər. BMT-də yer almasına baxmayaraq Azərbaycanda hələdə hicab problemi aktualdır. Etiqad azadlığı insanların dini inanclarının sərbəst seçimi və onların tələblərini sərbəst şəkildə icrasını nəzərdə tutur. Azərbaycanda isə bunu hələdə anlamağa çətinlik çəkirlər, daha doğrusu anlamaq istəmirlər.
Vyanada 1993-cü ildə Ümumdünya insan haqqları konfransı insanların fikir, vicdan və inanc azadlığını rəhbər tutaraq bütün hökümətləri beynalxalq öhdəliklərinə və hüquqi bazalarına əsasən inanc və dini dözümsüzlüklərlə bağlı zorakılıqlarla, ibadətgahların təhqir olunması ilə, qadınlara qarşı diskriminasiya ilə mübarizəyə çağırmışdır.
30 iyul Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə azadlığa qovuşub. Onun həbsinə əsas Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatılması olub. Mümkündür ki, onu yenidən bir uydurma səbəblə həbs etsinlər.
Qafqazın problemlərinin tədqiqat və təhlili ilə məşqul olan, Amerikaya aid Ceymstaun Faundeyşn qeyd edir ki, şiə təriqətinə mənsub Azərbaycan gəncləri arasında sünni təriqətinə keçid vüsət almaqdadır. Hökümət isə bunu radikallaşma və ekstrimizasiyan olaraq qiymətləndirir. Ceymstaunun təhlilçiləri belə qərara gəliblər ki, neft gəlirləri səbəbi ilə azərbaycanda xarici cəlb edicilik mövcud olsada rəsmilər sünnülərlə və onların sayının artması ilə bağlı narazılıq və dözümsüzlükləri var. «Jamestown Foundation»un tədqiqatçılarının fikirlərinə görə Sumqait camaatları ən radikallarındandır. Böyüklüyünə görə ikinci şəhər olan Sumqait, radikal qrupların dayaq məntəqəsinə dönməkdədir. Baxmayaraq ki, ölkədə sünnü təriqətinə əsasən milli azlıqlar mənsubdurlar ( qarapapaqlar, ləzgilər, avarlar, qrızlar, buduqlar və s.) , Bakıda, Gəncədə, Sumqaitda və başqa şəhərlərdə kütləvi halda vətəndaşlar sünnü təriqətinə keçməkdədirlər. Bundan başqa bir çox bölgələrdə inanclıların hüquqları tapdalanması , təqiblər və radikalizmdə ittiham olunmaqda kütləvi həbslər beynalxalq ictimayyətində nəzərindən yayılmır. Çox vaxt fərqli dini baxışlarda şübhəli olanlar, sünnü təriqətinə loyal olanlar saxta ittihamlarla uzun müddətli həbslərlə üzləşirlər.
Azərbaycan höküməti milli azlıqların fəallarını təqib etməkdədə xüsusi məharətlər göstərməkdədir. Milli azlıqların dil öyrənmə vəsitlərindədə problemlər var: ləzgi , qrız, tabasaran, çaxur, udin dilləri kitabları ya yoxdur və ya 20 ildən artıqdır ki, yenilənmirlər. Bəzi milli azlıqların dilləri unikaldır və yalnız burada mövcuddurlaar. Elmlər Akademiyasında milli azlıqların dillərini tədqiq edən bir şöbə mövcud deyil.
Qarapapaqlarında xüsusi problemləri mövcuddur.
Dünya alimləri əsas hansı kriteriya ilə hər hansısa millətə aid olub-olmamağı mövzusunda hələ yekdil qərara gəlməyiblər. Əsas olaraq dil yaxınlığı, ərazi- yerləşim və hətta psixoloji bənzərlik amilləri götürülmüşdür. Ama müəyyən oldu ki, dil tədricən unudula, xalq tarixi ərazilərini itirib icma şəkilni itirə və başqa xalqın, dinin, təriqətin vəya mədəniyyətin içində assimilyasiya ola bilər və s.
Hətta genetik xüsusiyyətlər müəyyən amillər qarşılığında itə bilərlər. Beləliklə yalnız indentiklik qalır ( sırf psixoloji amil) , yəni milliyəti müəyyən etmədə başlıca faktor – insan özünü kim hesab edir, hansı xalqa intisab edir, hansı adətlərə tabe olur, hansı baxışları bölüşür, hansı inancın daşıyıcısıdır.
Hakimiyyət qəsidli olaraq ölkəmizin etnik rəngarəngliyini görməzdən gəlir. Ölkə əhalisni vahid milliyət və vahid inanc ətrafında birləşdirməyə cəhd edir. Belə iki üzlü cəhdlər isə xalq arasında yalnız nifrətlə qarşılanmaqdadır. Hətta məişət səviyyəsində vətəndaşlar etnik və inanc müxtəlifliyindən xəbərdardılar. Xarici mütəxəssilər isə bütün bu məkirli oyunlardan xəbərdardırlar.
Məqalənin müəllifi: İsmayıl Əliyev