Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək

Posted on 25 Aprel 2018

Türkiyə Gürcüstandakı Marneuli hərbi aerodromunun modernləşdirilməsində iştirak edəcək.

Borchalitv-nin məlumatına əsasən, bu məqsədlə Türkiyə hökuməti Gürcüstana 5,5 mln. türk lirəsi (1,3 mln. dollar) ayırıb. Vəsaitin bir hissəsi aerodromun yenilənməsi, digər hissəsi və əvvəlki illərdə istifadə olunmamış 3,88 mln. dolları isə hərbi mühəndis məktəbinin yaradılmasına yönəldiləcək.

Türkiyə həmçinin Marneuli aerodromunu müdafiə avadanlıqları ilə də təmin edəcək.

Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstan tərəfi Rusiyanın Marneuli aerodromunu bombalaması barədə məlumatlar yaymışdı.

Mənbə: gununsesi.info

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes