Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Marneuli meri Temur Abazov Azərbaycan prezidentini təbrik etdi

Posted on 25 Aprel 2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm Prezident.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə Sizi Marneuli əhalisi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Düşünürəm ki, Azərbaycan xalqı öz seçimi ilə inkişafa doğru daha bir əhəmiyyətli addım atdı. Bu da, əlbəttə ki, ölkənin firavanlığına və inkişafına dəstəkdir.

Əminəm ki, Sizin gələcək fəaliyyətiniz Gürcüstan və Azərbaycan arasında tarixən yaranmış ənənəvi dostluq əlaqələrinin inkişafına və xalqlarımızın firavan yaşamasına xidmət edəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə xüsusi bağlantılarım var. Belə ki, Gürcüstan hakimiyyətinin rəsmi missiyası ilə bir neçə il Azərbaycanda fəaliyyət göstərmişəm. Məhz bu səbəbdən Azərbaycanda davam edən əhəmiyyətli prosesləri böyük maraqla izləyirəm.

Cənab Prezident, Sizi parlaq qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Temur Abazov

Gürcüstanın Marneuli Bələdiyyəsinin meri

Mənbə: president.az

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes