Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

“Yenədə Böyüyəcəklər” adlı abidənin bərpası və ətraf ərazisinin abadlaşdırılması planlaşdırılır

Posted on 26 Fevral 2018

Marneuli şəhərində “Yenədə Böyüyəcəklər” adlı monumental heykəlin bərpası və ətraf ərazisinin abadlaşdırılması layihə-xərc sənədlərinin tərtibi məqsədi ilə, Marneuli bələdiyyəsi müsabiqə elan edir.

Sözü gedən məsələ ilə bağlı bələdiyyəsinin meri Temur Abazovun sədrliyi ilə Meriyada işgüzar iclas baş tutdu. Orada müsabiqə sənədləri və layihətə iştirak etmək istəyənlər üçün təlimatlar müzakirəyə qoyuldu.

Parkın abadlaşdırılması ilə bağlı, layihə-xərc sənədlərinin tərtibi üçün Meriya bu gün müsabiqə elan edəcək. Müsabiqədən sonra parkın salınma dizaynı hazırlanacaq.

“Yenədə Böyüyəcəklər” abidəsinin bərpası və ətraf ərazisinin abadlaşdırılması layihəsinin həyata keçirilməsi üçün, yerli büdcədən 500 000lari nəzərdə tutulub.

Post Views: 4
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes