Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Mer Müsabiqə Nəticəsində Yeni Təyin Edilmiş Əməkdaşları Təqdim Etdi

Posted on 23 Fevral 2018

Bu gün, Marneuli bələdiyyəsinin meri, Temur Abazov Meriyanın Xidmət rəhbərlərinə müsabiqə nəticəsində yeni təyin olunmuş əməkdaşları təqdim etdi. Əməkdaşların bir hissəsi elə bu gündən işinin başına keçdi.

Xatırladaq ki, Marneuli bələdiyyəsinin Meriyası tərəfindən elan olunmuş Peşəkar ictimai işçilərin və əmək müqaviləsi ilə işlə təmin olunan şəxslərin müsabiqəsi sona çatdı. Meriyanın Peşəkar ictimai işçi vəzifəsinə 10 vakant mövqe üzrə müsabiqə elan olunmuşdu. Müsabiqə nəticəsində, müsabiqə attestat komissiyası müəssisənin rəhbər şəxslərinə 9 müsabiqə iştirakçısının namizədliyini məsləhət gördü.

Ancaq əmək müqaviləsi ilə işlə təmin olunacaq şəxsin, təyin olunması məqsədi ilə elan olunmuş asanlaşdırılmış müsabiqə nəticəsində 4 vakant mövqedən 2 müsabiqə iştirakçısı seçildi.

Post Views: 4
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes