Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Qardabanidə Knyaz Əliyev üçün qan vermə aksiyası keçirildi

Posted on 06 Fevral 201809 Fevral 2018

5 fevral taixində Qardabanidə majoritar deputat Savalan Mirzəyevin təşəbbüsü ilə könüllü olaraq qanvermə aksiyası keçirilib. Aksiyada deputat S. Mirzəyev də qan verib. Tədbirə Qardabani şəhər merliyinin və rayon bələdiyyəsinin üzvləri, həmçinin azərbaycanlı və gürcü gəncləri qatılaraq qan veriblər.

Savalan Mirzəyev açıqlamasında qanvemə aksiyasını keçirməkdə əsas məqsədin 20 yaşlı azərbaycanlı gənc Knyaz Əliyevə kömək etmək olduğunu vurğulayıb. O, qeyd edib ki, Knyaz Əliyev hazırda xəstəxanadadır və onun ürək nəqli üçün ciddi əməliyyata ehtiyacı var.

Məlumata görə, Qardabani rayon sakini olan Knyaz Əliyevə ürək köçürülməsi üçün 100 min dollardan çox vəsait toplanıb.

www.gaxa.ge

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes