Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Məktəblərdə daxili və xaricində video kameraların quraşdırılması məcburi olacaq

Posted on 06 Fevral 201809 Fevral 2018

Məktəblərdə Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daxili və xaricində video kameraların quraşdırılması məcburi olacaq, – bu haqda “Ümumtəhsil haqqında” qanuna daxil edilmiş qanunlayihədə deyilir.

Qanunlayihədə deyilir ki, video kameralar məktəbin bütün ərazisini əhatə edəcək.

DİN-dən bildirirlər ki, hazırlanan qanunlayihə Gürcüstan Parlamentinə yaxın günlərdə təqdim olunacaq.

“Məktəblərin təchizatı prosesi mərhələli şəkildə olacaq və Gürcüstanın bütün məktəblərini əhatə edəcək. Artıq kamera olan məktəblərdə əhatə sahəsi  yoxlanacaq və lazım olan halda kameraların sayı artırılacaq”, – bildirirlər DİN-dən.

Mənbə: ipn.ge

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes