Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Tələbələr Tbilisidə Türkiyəyə dəstək aksiyası keçiriblər

Posted on 29 Yanvar 201809 Fevral 2018

Bu gün bir qrup azərbaycanlı tələbə Türkiyənin Tbilisidəki səfirliyi qarşısında aksiya keçirib.

Borçalının Səsi xəbər verir ki, Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr Türkiyəyə dəstək şüarları səsləndiriblər.

Əllərində Azərbaycan və Türkiyənin bayraqlırını tutmuş tələbələr Türkiyənin Suriya ilə sərhəddəki Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” adlı antiterror əməliyyatlarını dəstəklədiklərini, hər zaman qardaş türk xalqı ilə həmrəy olduqlarını bildiriblər. Aksiyada “Türk türkə dayaqdır, türk daim oyaqdır”, “Şəhidlər ölmürlər”, “Ne Mutlu Türküm Diyene!” və başqa şüarlar səsləndirilib. Tələbələr bütün demokratik qüvvələri və dövlətlari terrorla mübarizədə Türkiyəyə dəstək olmağa çağırıblar.

Aksiya dinc keçib və heç bir qarşıdurma qeydə alınmayıb.

Müəllif: Anar Turan

Post Views: 3
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes