Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Novruz çərşənbələrinin vaxtı AÇIQLANDI

Posted on 26 Yanvar 201809 Fevral 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.
Borcali.org xəbər verir ki, Rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.
Onun sözlərinə görə, fevralın 27-də ilk – Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.
X. Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.
Post Views: 3
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes