Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Mütəxəssislər qrip virusunun Gürcüstanda da yayılmasını gözləyirlər

Posted on 08 Yanvar 201809 Fevral 2018

Gürcüstanda qrip virusu hələ yoxdur, ancaq Avropa regionunda qrip virusunun artıq yayıldığına görə, yaxın günlərdə Gürcüstanda da qrip halları gözlənilir.

Bu barədə məlumatı Birinci kanala, Yolxucu Xəstəliklər Departamentinin rəhbəri Xatuna Zaxaşvili verdi.

Onun dediyinə görə, xəstəliklər nəzarət xidməti virusların yayılmasına nəzarət edir və Gürcüstanda qrip virusunun zirvəsinin dəqiq vaxtını proqnozlaşdıra bilər.

Xəstəliklərin Nəzarət Xidməti əhaliyə tövsiyyə edir ki, əllərini tez-tez yusunlar və artıq qripə yoluxan insanlarla yaxın ünsiyyətdə olmasınlar.

Qrip virusunun zirvəsi isə, aşkar edilən ilk hallardan iki həftə sonra gözlənilir – dedi Zaxaşvili.

Mənbə: “Marneuli” Radiosu

Post Views: 6
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes