Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

Posted on 02 Yanvar 202402 Yanvar 2024

TƏBRİK EDİRİK!..

Yanvarın 3-ü
dəyərli eloğlumuz,
çox hörmətli ziyalı,
Azəbaycan Respublikası
Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik
İdarəsinin sabiq rəisi,
hazırda təqaüddə olan
polis general-mayoru,
“Azərbaycan Bay­rağı” ordenli,
«Abdulla Şaiq», «Qızıl Qələm»,
«Zirvə» və «XXI Əsrin Ziyalısı»
Mükafatları Laureatı
cənab
Cavanşir Məmmədovun
Ad günüdür!..

Cavanşir Qəh­rə­man oğlu Məmmədov – 1953-cü il yanvarın 3-də qə­dim qədim Bor­­­­­­çalı mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) ra­yo­nun­dakı Şah­­marlı kən­dində anadan olub.
1959-cu ildə Şah­marlı ibti­dai məktəbinin bi­rinci sinfinə gedib, 1963-cü ildə həmin mək­­­­təbi bitirib. 1963-1967-ci illərdə Dmanisi rayo­nunun Qə­mərli səkkizillik məktə­bində, 1967-1969-cu illər­də isə Bol­ni­si rayonunun İmirhəsən kənd orta mək­təbində oxuyub. 1969-cu ildə M.F.Axundov adına Azər­baycan Dövlət Pe­daqoji Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olunub. 1974-cü ildə hə­min institutu bitirib. Bir il doğma Şahmarlı kən­dindəki sək­kiz­il­lik məktəbdə müəllim işləyib.
Cavanşir Məmmədov 1975-ci ildə hərbi xidmətə çağ­ırılıb. Si­birdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Kras­no­yarsk şə­hə­rin­dəki Oktyabrsk rayonunun daxili işlər şöbə­sində ins­pektor və­zifəsində çalışıb. 1977-1979-cu illərdə Mark­sizm-Le­­ninizm Uni­ver­sitetində oxuyub və buranı Fərq­­lənmə dip­lomu ilə bitirib. 1979-cu ildə bölmə rəisi və­zifəsinə təyin olu­­nub. Elə həmin il Krasnoyarsk Dövlət Universitetinin hü­quq fakültəsinə qəbul olu­nub, 1983-cü ildə universiteti mü­vəffəqiyyətlə bitirib. Həmin il SSRİ DİN-in Akade­mi­yasına qəbul olunub. 1985-ci ildə oranı Fərqlənmə diplomu ilə bi­tirib və elə həmin il Krasnoyarsk Şə­hər Milis İdarəsində şö’bə rəisi, 1987-ci ildə isə Oktyabr rayon daxili işlər şö’bəsi rəisinin birinci müavini təyin olu­nub.
1976-cı ildən daxili işlər orqanlarında xidmət edən Cavanşir Məmmədov 1988-ci ilin sentyabr ayından Bakı şəhərinə kö­çüb, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparıb.
1988-ci ilin oktyabrından Bakı şə­hə­rinin Kirov (indiki Binəqədi) RPŞ-si rəisinin müa­vini işlə­yib. O, burada da özünün peşəkarlığı, yüksək ixtisaslı kadr ol­ması və sə­riş­təsi ilə seçilərək qısa müddətdə böyük nüfuz qazanmış və 1989-cu ildə ona etimad gös­tərilərək Bakı Şə­hər Daxili İşlər İdarəsində şö’bə rəisi, 1990-cı ildə isə BB­Pİ-də idarə rəisinin müavini vəzifəsinə tə’yin olunub. 1992-ci ildə Qa­radağ Rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə Ba­­kı Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. 1994-cü ildə DİN-də İctimai Təhlükəsizlik İdarə­sinin rəis müavini iş­lə­­­yib. 1995-ci ilin iyun ayından isə həmin ida­rəyə rəis və­zi­fəsinə irəli çəkilib. 2001-ci ildə həmin idarə Baş İda­rəyə çev­­­rilib və Cavanşir Məmmədov həmin Baş İdarənin, yəni Baş İctimai Təhlükəsizlik İda­rəsinin rəisi təyin olu­nub. Bu çətin, məsuliyyətli və şərəfli vəzifədə düz 15 il ləyaqətlə çalışıb. Ha­zırda təqaüddədir.

Polis general-mayoru Cavanşir Məmmədovun polis or­qan­larında xidməti fəaliyyəti rəhbərlik və ölkə başçısı tə­rəfindən yüksək qiymətləndirilmişdir.

O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Cvanşir Məmmədov həmçinin “Milis əlaçısı”, “Daxili iş­lər orqanlarında əla xidmətlərinə görə” döş ni­şanları, sa­biq SSRİ-nin I, II, III dərəcəli medalları, 2001-ci ildə Rusiya Fe­derasiyasının Daxili İşlər Nazirinin əmri ilə “Za boe­voye sod­rujestvo” medalı ilə və Fəxri Fərmanlarla təl­tif olun­muş, üç dəfə “Ən yaxşı bölmə rəisi” adına layiq gö­rülmüşdür. O, Qarabağ müharibəsinin iştirakçısıdır, Tər­tər və Goranboy ra­yonlarında gedən döyüşlərdə iştirak et­mişdir. ABŞ, Yapo­ni­ya, Türkiyə, Sloveniya və başqa döv­lətlərdə xidməti eza­miyyətlərdə olmuşdur.

Gənc yaşlarından Gürcüstanın Dmanisi rayonunun “Tria­leti”, Bolnisi rayonunun “Qələbə bayrağı” qəzetlərində, son­ralar Tbilisidə nəşr olunan “Gürcüstan” qəzetində, daha son­ralar isə Azər­bay­canın və bir sıra xarici ölkələrdə çıxan mər­kəzi qəzet­lərdə mə­qalələri çap olunub. Haqqında onlarla məqalələr və şeirlər yazılıb. Tərcümeyi-halı bir neçə ensiklopediyaya daxil olunub. Dəfələrlə Fəxri fərman və Fəxri mükafatlarla, o cümlədən, «Abdulla Şaiq», «Qızıl Qələm», «Zirvə» və «XXI Əsrin Ziyalısı» Fəx­ri mükafatlarına layiq görülüb.

Ailəlidir. İki övladı var.

Bütün şüurlu həyatını ictimai asayişin mühafizəsi kimi mü­qəddəs vəzifəyə həsr etmiş xalqımızın qeyrətli oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İc­ti­mai Təhlükəsizlik İda­rəsi­nin sabiq rəisi, polis ge­neral mayoru Cavanşir Məmmədov doğma Borça­lını da unut­mur, müntəzəm olaraq doğma el-obasına Başkeçidə baş çəkir, on­ların qayğı və problemləri ilə maraqlanır, əlindən gələn mad­di və mə­nəvi köməkliyi əsirgəmir.

Bütün bor­çalılılar adın­dan Ca­van­­şir müəllimə bu diqqət və qaygı üçün təşəkkü­rümüzü bil­diririk.

Fürsətdən istifadə edərək, biz də çox hörmətli Cavanşir Məmmədovu doğum günü, eləcə də, bu günləedə qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, bir sözlə, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

 

.

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes