Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Borçalı məktəblilərinə dərslik göndərilmişdir

Posted on 29 Dekabr 201629 Dekabr 2016

Bir həftə bundan öncə “Borçalı” İctimai Birliyi Gürcüstandakı azərbaycandilli məktəblərdə təhsil və pedaqoji kadr çatışmazlığı ilə bağlı yaranan problemlərin həllinə yardım məqsədi ilə ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət etmişdi.
Müraciətdən çox keçməmiş Azərbaycan Təhsil Nazirliyi bu sahədə real addımlar atmağa başlamışdır.
Belə ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Gürcüstandakı azərbaycandilli məktəblərə 14 adda 16 900 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər göndərilib.

“Borçalı” İctimai Birliyinin elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini

Şərif Kərimli ZiM.Az-a bildirib ki, elə bu günlərdə, daha dəqiq desək, dekabrın 27-29-da

“Borçalı” İctimai Birliyinin bir qrup nümayəndəsi də eyni missiya ilə Gürcüstanın

Başkeçid və Qabal bölgələrində olmuş və məktəbliləri Yeni İl öncəsi sevindirmişlər.

Sona ABBASƏLİQIZI,
ZiM.Az

Post Views: 5

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes