2019-cu il Borçalıya heçdə xoş gəlib səfa gətimədi. Təzə il özüylə təzə-təzə sorunlar gətirdi.
Bu il, qədim Türk yurdu olan Borçalının sosial-iqtisadi, milli mədəniyyəti və tarixi ilə bağlı narahatedici məlumatların sayı heçdə ötən illərdən sayca geri qalmır. Qədim yurdumuz olan Borçalı bu gün regionda maraqları olan qlobal güclərin poliqonuna çevrilmişdir. Müxtəlif amillərdən istifadə etməklə məqsədlərinə çatmaq istəyən bu qüvvələr Borçalı ilə bağlı olan tariximizi ciddi təhlükə altına salırlar.
Bu gün Gürcüstan müsəlmanları idarəsi xarici dövlətin dini camaatları təəsiri altındadır. Onsuzda sayca az olan soydaşlarımız, şiyəlik sünnilik və bunların qolları olan təriqətlərə bölünür parçalanırlar.
Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra sünni, şiə məsələsini ortalığa atmışdı. Bunu müəyyən mərhələyə daşımışdı, çar Rusiyasının öz maraqları var idi. İndi burada sünni kəsim üzərində daha çox Türkiyədən gəlmiş təriqətlərin təsiri var, şiə kəsimi üzərində Səfəvilərdən, Qacarlardan qalan, sözdə İran adlanan ölkənin, molla rejiminin Gürcüstanda təzyiqləri davam edir. Yəni burada sünni, şiə məsələsində xalqın inanclarından istifadə edərək öz təsir dairələrini genişləndirirlər. Kim öz təsir dairəsini daha çox genişləndirə bilirsə, onun nüfuzu da həmin ölkə daxilində sözsüz ki, daha ön plana keçir. Bu anlamda İranın burada öz dairəsini genişləndirməyə çalışır. Rusiyanın da öz maraqlarını qoruması, eyni zamanda Qərb dövlətlərinin də maraqlarının burada toqquşub- toquşmaması gündəmə gəlir. Sünni, şiə məsələsinin üzərində oynamaq bu günün məsələsi deyil. Sadəcə, yeni dövrdə yeni tələblərlə bu cür amillər ön plana çıxarılır. Yəni əslində, problemin mahiyyəti köhnədən var idi. Yeni dövrün də öz şərtləri var. Həmin şərtlər altında da yeni məsələlər meydana çıxmaqdadır.
Borçalının ikinci önəmli sorunu təhsillə bağlıdır. Azərbaycan Türkcəsində olan məktəblərin və öyrəncilərin sayı hər il dahada azalmaqda yox olmaq təhlükəsiylə üzləşməkdəsir. Hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır.Bir neçə il sonra müləllim kadırı tamamilə azalaraq Azərbaycan dilli məktəblərin yoxolmasına gətirib çıxara bilər. Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir – insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir. Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır.
Bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. Bu gün həmin problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası!
Borçalı anası Azərbaycandan zorla ayrılıb yad qucağa, ögey anaya verilən bir övlada bənzəyir. Gürcüstanın Borçalı üzərində apardığı siyasətdən biridə, şəhər kənd və küçələrin adlarının dəyişdirilməsi ilə bağlıdır.
Gürcüstanın Borçalı bölgəsində adları dəyişdirilmiş şəhər və şəhər tipli qəsəbə toponimlərinin siyahısı:
Azərbaycan mənşəli toponimlər
• Ağbulaq → Tetriskaro (1940)
• Barmaqsız → Tsalka (1932)
• Başkeçid → Dmanisi (1947)
• Çörük Qəmərli → Katarinenfeld (1817) → Lüksemburq (1921) → Bolnisi (1943)
• Qaratəpə → Qarayazı → Qardabani (1947)
• Sarvan → Borçalı (1929) → Marneuli (1947)
Digər toponimlər
• Şulaver → Şahumyan (1925) → Şulaver (1991)
• Trialeti → Molotovo (1940) → Trialeti (1957)
KƏNDLƏR
Bolnisi rayonu üzrə (1991-92-ci illər)
1. Faxralı → Talaveri
2. Arıxlı → Naxeduri
3. Hasanxocalı → Xidiskuri
4. Daşlıqullar → Mixrani
5. Qoçulu → Çapala
6. Əsmələr → Mskneti
7. Cəfərli → Samtreti
8. İmirhəsən → Savaneti
9. Molla Əhmədli → Xataveri
10. Saraçlı → Mamxuti
11. Aşağı Qoşakilsə → Kvemo Arkvani
12. Yuxarı Qoşakilsə → Zemo Arkvani
13. Sarallar → Zvateri
14. Mığırlı → Vanati
15. İncioğlu → Şua Bolnisi
16. Aşağı Güləver → Geta
17. Yuxarı Güləver → Cipori
18. Dəmirli → Xaxlojvari
19. Kibirçik → Jresi
20. Arakel → Cecpariani
21. Babakiçilər → Musaprian (sonradan Poçxveriani)
22. Beytəkər → Bartakari
23. Muğanlı → Farizi
24. Kolagir → Tsurtavi
25. Abdallı Cavşantaş
26. Qaratikan → Saberiti
27. Siskala → Brlaxauri
28. Tapan → Disleli
29. Çatax → Xaissopeli
30. Qaradaşlı → İçrita
31. Kəpənəkçi → Kvemo Bolnisi
Qardabani rayonu üzrə
• Soğanlıq → Poniçala (1989)
Məqalənin müəllifi: Anar Turan (Orucov)
Mənbə: /borchalitv.wordpress.com