Deputatlar Marneuli şəhərinin fəal xanımları ilə görüşmüşlər

 

Deputatlar Marneuli şəhərinin fəal xanımları ilə görüşmüşlər
Bu gün – 2017-ci il fevralın 11-də Gürcüstan parlamentinin
Marneulidən seçilmiş majoritar deputatları Ruslan Hacıyev və
Tamaz Naveriani Marneulidə 11 Fevral – “Beynalxalq qadın və
qızların elmdə iştirakı günü” ilə əlaqədar olaraq şəhərin fəal qadınları
və gənc qızları ilə görüş keçiriblər.
Marneulidən AMM-in Gənclər təşkilatının sədri Nərgiz Əliyeva
ZiM.Az-a bildirib ki, şəhərin tanınmış qadın müəllimləri, həkimləri,
tələbə və şagird qızlarının iştirak etdikləri görüş olduqca məhsuldar olub.

Görüşdə qadınların problemləri, təhsili və inkişafı müzakirə olunub.
Deputatlar qadinlarımızın cəmiyyətdə böyuk rolu olduğunu və daha çox

təhsilli qızlarımız və qadınlarımız olması üçün işlər görəcəklərini vurğulayıblar.
Görüş diskusiya formasında davam edib və görüş iştirakcıları onları maraqlandıran
problemlər və mövzular haqda deputatlara suallar ünvanlayıblar.
Gürcüstan Parlamentinin Təhsil, elm və mədəniyyət komitəsinin üzvü
deputat Ruslan Hacıyev, komitədə qızlarımızın təhsili ilə bağlı mövzulara toxunacağını vurğulayıb.

Nərgiz xanım daha sonra əlavə edib: “Çox sevidrici haldır ki, deputatlarımızın simasında

hakimiyyət qadınlara və onlarln fikirlərinə xüsusi önəm verir.
Qadınların cəmiyyətdə fəallığı üçün bu görüşlərin rolu çox böyükdür.
Seçkiöncəsi görüşlərdə şəxsən özüm kəndlərdə bu görüşlərə qatılırdım və orada
Ruslan Haciyevin verdiyi sözlərə, vədlərə əməl edir.
Belə ki, elə bu günkü görüşlərdə qısa zaman ərzində gördüyü işlərlə bağlı hesabatı və
müzakirələri  ümüd doğurdu…”

Fürsətdən istifadə edərək, bütün xanımlarımızı və qızlarımızı
“Beynəlxaq qadınlar və qızların elmdə iştirakı günü” münasibətilə ürəkdən təbrik edir,
onlara “Bayramınız mübarək!” deyir və yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az

Deputatlar Marneuli şəhərinin fəal xanımları ilə görüşmüşlər

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________