Vasil Mağlaperidze – Əgər kanalın reytinqi əsas meyar deyilsə, o başqa meyarlarla işləyəcək

İctimai Yayımçının Qəyyumlar Şurası kanalın baş direktoru ilə görüşdü.

Bord üzvlərinin bəyanatına görə, inkişaf və reorqanizasiya planı ilə bağlı onların müəyyən sualları var və detallı açıqlamayı məhz sənədin müəllifindən dinləmək istədilər

Vasil Mağlaperidzenin dediyinə görə, qəyyumlar şurası ilə bugünki görüşdə qərar verildi ki, qəyyumlar şurası bir həftə ərzində, yayımçının hansı məyarlarla işləməsi gərəkdiyi haqqında konkret bir plan hazırlayacaq.

Mağlapridzenin dediyinə görə, yeni menecment tərəfindən bir-iki gün bundan əvvəl təqdim olunan plan, İctimai Yayımçının lider televiziya olmasını nəzərdə tuturdu. Ancaq, son vaxtlarda elə bir söhbət aparıldı ki, kanalın reytinqi əsas meyar olmaya bilər və buna görədə, yeni meyarların dəyərləndirilməsindən sonra, Mağlaperidzenin planı artıq yeni meyrlara uyğunlaşdırılacaq.