XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN!..

 

XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN!

Xıdır Nəbir bayramı demək olar ki, Türk xalqlarının hamısında təntənə ilə qeyd olunur. Xıdır Nəbir babanın şərəfinə qurban kəsilir, qovrulmuş buğdanı üyüdərək qovud düzəldirlər. Sonra bu qovud bir siniyə tökülər və qırağında ailə üzvlərinin sayına görə, şamlar yandırılır. Qovud doldurulmuş sinini pəncərənin qabağına qoyaraq, Xıdır Nəbinin burada iz qoyacağına inanırlar. Yaşlı adamlar Xıdır Nəbinin daha iki qardaşının – Xıdır Əlləz və Xıdır İlyasın olduğunu söyləyirlər. Bu cür bayram Xıdır Əlləz adı ilə Şərqi Anadoluda da keçirilir. Tədqiqatçılar bu bayramı əski türk inancları ilə bağlayaraq, onun kökünün çox qədim çağlara gedib çıxdığını qeyd edirlər. Türk xalqları Xıdır Nəbiyə qurban və ya nəzir verməklə ailədə, ocaqda bərəkətin təmin olunacağına inanırlar.
BAYRAMIMIZ MÜBARƏK!.. XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN!..

Kərəm MƏMMƏDOV,
BDU-nun dosenti,
“Borçalı” İB-nin sədri

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________