İctimai Yayımçıda baş verən proseslər bir çox sual işarələri yaradır

Xalq Müdafiəçisi Uça Nanuaşvili hesab edir ki, İctimai Yayımçıda baş verən hadisələrlə bağlı bir çox sual işarələri yaranır

Nanuaşvilinin jurnalistlərə bəyan etdiyinə görə, verlişlərin dayandırılması, ölkədə fəal siyasi proseslərin aparılması fonunda, bir sual yaradır.

“Kanalda aparılan reorqanizasiya prosesini yaxından izləyirik və ümid edirik ki, yaxın günlərdə, Birinci kanalda baş verən proseslərlə bağlı, ictimaiyyət üçün daha çox məlumat veriləcək”, – dedi Uça Nanuaşvili.