Marneulidə Yeni Kitabxananın Növbəti Təqdimatı Keçirildi

Fevralın 3 də, Marneulinin Demokratik Məşğulluq Mərkəzi və İcra Hakimiyyətinin təşkilatçılığı ilə, şəhərin mərkəzi kitabxanası barədə növbəti prezentasiya keçirildi.

İctimai müzakirədə Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, Birinci Müavini Zaur Tabatadze, İcra Hakimiyyəti Xidmət Rəhbərləri, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, tələbələr, məktəb şagirdləri və digər maraqlanan şəxslər iştirak edirdilər.

Görüşü keçirməkdə məqsəd kitabxananın quruluşu ilə bağlı davam edən işlər barədə, kitabxanada olacaq xidmətlər haqqında gənclərə məlumat vermək, onların fikirlərini və məsləhətlərini dinləyib nəzərə almaq idi.

Gənclərin bu sahə ilə daha dərindən maraqlanmasına və onların təşəbbüslər irəli sürməsinə diqqət ayrıldı.

Görüşün ikinci hissəsi  sual-cavab formatında keçdi.