Giorgi Kvirikaşvili Davos Dünya İqtisadi Forumunda nitqlə çıxış etdi

Gürcüstan Prezidenti Giorgi Kvirikaşvili Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən sesiyada – The Silk Road Effect iştirakçılarına nitqlə müraciət etdi.

Giorgi Kvirikaşvili xətt çəkdi ki, Çin prezidenti tərəfindən təşəbbüslənən – “Bir Dövr – Bir yol” adlı layihədə – Gürcüstanın iştirak etməsi ölkə üçün çox önəmlidir.

“Bu alternativ bir şəbəkədir və hər bir ölkə Avrasiyada iqtisadi artımın və sağlam iqtisadiyyatın yaradılması üçün eyni dərəcədə əhəmiyyətlidir. Bu layihə eyni zamanda rəqabəti və əməkdaşlığı nəzərdə tutur, ancaq bu daha çox partnyorluğa aiddir. Azərbaycan prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihə bizə çox böyük imkanlar yaradır, lakin bizim də nəzərə almamız gərəkən nyuanslar var. İlk öncə, infrastruktura nəzərdə tutulur, sonra isə, – layihəyə qoşulan dövlətlərdə mövcud olması gərəkən stabil mühit; tarif sisteminin unifikasiyası və siyasi səviyyəli əməkdaşlıq” – bəyan etdi Giorgi Kvirikşvili.