Gənc Hüquqşünaslar Asosiyasiysı Energetika Nazirliyindən cavab ala bilməsə məhkəməyə müraciət edəcək

Energetika Nazirliyindən “Qazpromla” qoyulan müqavilə haqqında ictimaiyyətə məlumat verməsə, Gürcüstanın Gənc Hüquqşünaslar Asosiyasiyası məhkəməyə müraciət edəcək.

Asosiyasiyanın layihə koordinatoru Sulxan Saladzenin bəyanatına görə, Energetika Naziri Kaxa Kaladze tərəfindən dünən verilən bəyanat GYLA-nın tələbinə cavab vermir.

“Biz Energetika Nazirliyinə yazılı şəkildə müraciət etdik, müvafiq olaraq, cavabı da yazılı şəkildə gözləyirik. Cavab nə qədər ətraflı olursa, suallar da o qədər az olacaq. Nazirliyin 10 iş günü var və biz bu müddətdə yazılı şəkildə cavab gözləyirik. Əgər 10 gündən sona cavab ala bilməsək, məhkəməyə müraciət etməyə və məhkəmə vasitəsi ilə cavab tələb etməyə haqqımız var. Yazılı şəkildə cavabı alacağımızı bilirəm, amma, əsas odur ki, cavab nə dərəcədə ətraflı olacaq“, – dedi Saladze.

Onun dediyinə görə, bu standart bir metoddur, hansından ki, təşkilat, administrasiya orqanının açıq məlumat verməkdən imtina etdiyi hallarda istifadə edir.