Marneuli Bələdiyyəsinin Qızılhacılı Ərazi Vahidliyində 2016 cı ildə miqyaslı yol infrastruktura layihələri həyata keçirildi. 11 küçəyə asfalt-beton səthi çəkildi.
Qızılhacılı kəndində daxili yolların bərpa işlərinin birinci mərhələsi Ata Türk küçəsi, Ata Türk 2 saylı döngəsi, Molla Pənah Vaqif, Hidris Zeynalov, Mehti Hüseyn, Akaki Sereteli, Noe Jordaniya, Təzə məhlədə cəmi 5 km-lıq, ikinci mərhələdə isə Zakariya Paliaşvili, Hacıəli Qurbanov və Dostlar küçəsində həyata keçirildi.
İnfrastruktur layihələri, birinci mərhələdə, yerli büdcədən və bölgədə həyata keçiriləsi layihələr fondundan 810 795lari ilə maliyyələşdi. Ikinci mərhələ isə “Kəndə Dəstək Proqramı” çərçivəsində 119 224lari ilə maliyyələşdi.