Alget arenasının inşaa konsepsiyası hazırlanıb

Marneuli Bələdiyyəsinin Yerli Özünüidarəetməsinin qərarı ilə Marneuli şəhərində, mövcud mərkəzi stadionun bərpası planlaşdırılır.
Stadionun bərpası qərarına Bələdiyyənin rəhbər şəxsləri burada mövcud səhmansız infrastruktura və Bələdiyyədə futbolun inkşafı üçün gəldilər.
Futbol meydanının abadlaşdırılması üçün bələdiyyədə fəal iş davam edir. Yerli Özünüidarəetmə ötən ilin sentyabr ayında Layihə dəyərləndirilməsi üzrə sənəd əldə etmək üçün müsabiqə elan etdi və müsabiqədə MMC”Sauki” qalib oldu.
Layihə ilə meydanın yüksək keyfiyyətli material ilə süni səthinin otla örtülməsi, 1500+1 nəfərlik standartlı tribunaların qurulması nəzərdə tutulub. Bu tribunalar FİFA-nın ikinci kateqoriyalı idman meydanının tələblərinə cavab verir və mövcud amortizasiya olunmuş birmərtəbəli binanın sökülməsi yerində isə iki mərtəbəli binanın inşaası planlaşdırılır.
Birinci mərtəbədə uşaqların paltardəyişmə otağı, ikinci mərtəbədə isə dərs otağı yerləşdiriləcək. Paltardəyişmə otaqları qarderoblar, masaj yeri, 6 vanna otağı və 4ayaqyoludan ibarət olacaq.
Bundan əlavə binada ilkin yardım otağı və 30 nəfər üçün nəzərdə tutulmuş mətbuat konfrans zalı, tribunaların altında yeməkxana bufet və içməli su fəvvarəsi yerləşdiriləcək.
Ərazinin şimal-qərb hissəsində 6-7 metr hündürlüyündə müassir tipli, diodlu tablo quraşdırılacaq.
Onun altında meydanın mühafizə otağı yerləşdiriləcək. Mühafizə otağında bayır video kameralarının
Nəzarət sistemi və monitorlar quraşdırılacaq.
Oyuna baxmağa gedəcək sürücü tamaşaçılar üçündə xoş xəbər var. Ərazinin cənub, şərq və şimal hissəsində həm futbol klubları həmdə VİP qonaqlar üçün avtomobil dayanacağı nəzərdə tutulub.

Meydanda jurnalistlər üçündə yer, 2 telekamera üçün platforma nəzərdə tutulur. Ümumən
Idman meydanınən ərazisi beton və metal ilə dekorativ hasar ilə hasarlanacaq və ərazi işıqlandırılacaq.
Marneuli Bələdiyyəsində donor təşkilatlar və investorlar ilə idman meydanının inşaası üçün
Məbləğ axtarmaq məqsədi ilə fəal iş gedir.
Layihələrin hərrac dəyəri 6 395 536 larini təşkil edir.