Ölüm Vadisi Milli Parkı dünyanın ən ilginç və qəribə yerlərindən biridir. 13.650 kilometr əraziyə sahib park ABŞ-ın Koliforniya və Nevada əyalətlərindədir.
Bölgə vulkanik partlayışlar nəticəsində meydana gəlib və qeyri-adi qaya görünüşünə sahibdir.Bu səbəbdən buranı dünyadan çox Marsa bənzədirlər. Bura Qərbdən Teleskop Pik, Şərqdən isə Dantez Vyu dağları ilə əhatələnib. Dantez Vyu dağı bütün vadi boyunca möhtəşəm görüntü yaradır.

Vadinin ətrafına daşlar səpələnib. Bu qaya parçalarının qeyri-adiliyi onların yerlərini bir yerdən digər yerə dəyişə bilmələrindədir. Bu yerdəyişmələrin izini səhra üzərində aydın şəkildə görmək mümkündür.

1849-cu ildə bir qrup insan Kaliforniyada yerləşən qızıl yataqlarına getmək üçün yolu qısaldaraq buradan keçiblər. Bir neçə həftə boşuna gəzərək bir çox adamlarını itiriblər. Bu səbəbdən amerikalılar buranı Ölüm Vadisi adlandırıblar. Dünyadakı Marsı görməyə il ərzində bir milyondan artıq turist gəlir.