Appelyasiya məhkəməsi Qiqi Uqulavanı həbsdən azad edib

Appelyasiya məhkəməsinin hakimlər kollegiyası Tbilisinin keçmiş meri, Qiqi Uqulavanın işini müzakirə edərək  onu həbsdən azad edib. Bu haqda qərar bugün məlum olub.

İş “Tbilisiservis qrupunun” epizoduna aiddir. Günahlandırmaya əsasən Tbilisinin keçmiş meri “Tbilisiservis”də partiya aktivistlərini işlə təmin edib və dövlətə aid olan məbləği sərf edib. Tbilisiservisin işində amnistiyanı nəzərə almaqla Uqulavaya 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsilmişdi. Hakimlər müəyyən ediblər ki, Tbilisi şəhər məhkəməsinin qərarı dəqiq deyilmiş. 4 yanvar tarixində baş tutan məhkəmə iclasında Qiqi Uqulava son söz haqqından istifadə edib və işlə bağlı izahatlar verdi.

Tbilisi şəhər məhkəməsi Qiqi Uqulavanı 2015-ci ilin 18 sentyabrında günahkar şəxs olaraq bilib. “Tbilisiservi” işi ilə yanaşı məsələ eyni zamanda Riğa ərazisinin özəlləşdirilməsi işinə də bağlanır. Uqulava qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı 194-cü maddənin 3-cü hissəsinə əsasən günahlandırılmışdır və maddə 9 ildən 12 ilə qədər azadlqıdan məhrum etməni nəzərdə tuturdu.

Riğa epizodunda məhkəmə Qiqi Uqulavaya bəraət qazandırıb. ancaq “Tbilisiservisin” işində, amnistiyanı nəzərə almaqla. Uqulavaya 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsilib.