Kumisdə ağır yol-nəqliyyat hadisəsi baş verib

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Poniçala-Marneuli magistral yolunun 12 kilometrliyində yerləşən Kumisi kəndində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürətlə hərəkət edən avtomobil magistral yolun kənarındakı təndirxanaya çırpılıb.

Nəticədə avtomobilin içində olan 3 nəfər hadisə yerində dünyasını dəyişib. Milliyyətcə gürcü olan qadın sərnişin isə müxtəlif xəsarətlərlə Marneulidəki xəstəxanaya çatdırıldıqdan sonra ölüb.

Hadisə nəticəsində ölənlərdən ikisi gürcü millətindən olan yaşlı qadın və gənc qız olub. Qəzada Marneuli sakini, 19 yaşlı bir azərbaycanlı gənc də ölüb. Qəza nəticəsində erməni millətindən olan 26 yaşlı sürücü də həyatını itirib.

Məlumata görə, qəza törədən avtomobil Marneuli sakini 19 yaşlı azərbaycanlı Talıb Allahverdiyevə məxsus olub.

Hadisə yerinə polis patrul xidməti və təcili yardım avtomobili gəlib. Qəza ilə bağlı araşdırmalar aparılır.