Səyahət edə biləcəyin 10 möhtəşəm yer

Səyahətə çıxmaq istəyirsən, ancaq haradan başlayacağını bilmirsən? Elə isə oxu 🙂

Məncə, yeniyetmə yaşlarında hər 10 nəfərdən 7-si dünyanı kəşv etmək haqqında düşünür.Həm də, bu yaşda səyahət adama çox asan görünür. Elə səyahətçilərin də əksəriyyəti ya 30 yaşacan olan gənclər, ya da 65 yaşdan yuxarı təqaüdçülər olur.

Deyir, bir tələbə vaxtı, bir də təqaüdə çıxandan sonra gəzmək asandır. Çünki hər iki variantda işləmirsən🙂

1.London, İngiltərə

London Big Ben and traffic on Westminster BridgeLondon Eye, Big Ben, London Tower, Buckingham Sarayı, Oxford küçəsi, Notting Hill, Brick Lane kimi turistik yerlərdən tutmuş, super mənzərələrinə kimi mükəmməl bir şəhərdir. Şəhəri gəzdikdən, və Kraliça Guard ilə İnstagram üçün bir neçə snap elədikdən sonra Oxford küçəsində (Regent küçəsinə yaxın) alış-veriş edin və Şərqi Londonda (Brick Lane, Hoxton Square, Shoreditch və s.) havalı barlar və heyranedici qidalarla tanış olun.

2.Paris, Fransa2

Sevgi şəhəri təkcə, Sena çayı sahilləri boyunca dolaşan cütlüklər üçün deyil, bura həm də tənəzzül şəhəri deyirlər. Dadlı pendirlər, təzə bagietlər və rəngli makaronlarla çəkinizi artırarkən digər tərəfdən də şəhərin əzəmətli arxitekturası və incəsənətinə tamaşa edin. Eyfel Qülləsi başından Luvr muzeyi qalereyalarını və Maraisin gözəl arxa küçələrini seyr edin. Paris həmişə nə isə yeni, maraqlı və dadlı bir şeylər vəd edir. Vaxtınız varkən əylənin və dadlı dessertlərin dadını çıxarın. Çünki 30 yaşınızı tamamladıqdan sonra həkiminiz artıq pendir yeməyi kəsməyə başlamağınızı söyləyəcək.

3.Tokio, Yaponiya3

Niyə? Çünki dünyada Tokio qədər çılğın yer tapa bilməzsən. Yaponiyanın paytaxtı yeganə yerdi ki, albalı çiçəkli ağacları, Harajuku qızları, robot kafeləri olan dəbli və cazibəli küçələri ilə sizi qəribə təəssürata bürüyəcək. Tokio sizin və bütün dostlarınızın uşaq sahibi olub, həssas birinə çevrilmədən əvvəl getməsi gərəkən bir yerdir.

4.Nyu York, ABŞ4

Nyu-York şoppinq sevənlər üçün əla bir yerdir. V prospektdə yerləşən Macy Univermağı və dizayner mağazaları sizin bank hesabınızı boşalda bilər. İcarə və kirayə haqqında kim düşünəcək? Sizin hələ 30 yaşınız tamam olmayıb. O zaman Broadway-də yuxarıdan Empire State binasında və aşağıdan Times meydanının parlaq gecələri olan şəhərin iki ən gözəl mənzərələrini yaxalayın. Qidaların əvəzolunmaz və barların çoxlu sayda  olduğunu qeyd etdikmi? Getmək üçün başqa səbəbə ehtiyacınız varmı?

5.San-Diyeqo, ABŞ5

30 yaşına keçmədən və məsuliyyətləriniz artmağa başlamadan 20-li yaşlarınızın dadını çıxarın və istirahət edin. Çimərliklərdə və yaxud dənizdə sörfinq, avarçəkmə ilə məşğul olun və yaxud sevimli kitabınızı oxuyarkən günəşlənin və spotify-da parti melodiyalarına qulaq asın. Bir az aclıq hiss etsəniz, şəhərin dünyaca məşhur ərzaq kamyonlarına üz tutun. Balıq tacoslarının dadına baxın.

6.Keyp- Taun, Cənubi Afrika6

Table dağlarında səs-küylü sahillərdən tutmuş, Qayalar çimərliyində pinqvinlərə və balinalara və böyük ağ dəniz sahillərinə kimi Keyp-taun öz yerini siyahıda asanlıqla və hərtərəfli sabitləyir. Həmçinin Afrikanın bir neçə safarilərinə qısa uçuşlar da təşkil olunur. Hansı ki, orada siz əlavə  bir neçə gün qalmaq istəyəcək, kollar arasında fillər və şirləri izləyə biləcəksiniz. Safari istirahətləri ömür boyu davam edəcək xatirələr bağışlayır. Ona görə nə qədər tez getsəniz o qədər çox zövq ala biləcəksiniz. Düşünürük ki, bu kifayət qədər məntiqlidir.

7.Vankuver, Kanada

Vancouver, British Columbia, Canada --- Coal Harbor in Vancouver --- Image by © Jose Fuste Raga/CorbisAçıq hava kralı Vankuver epik fəaliyyətlərə gələndə kifayət qədər seçim təklif edir. Vistlerdə xizək dünyasına qatılın, dənizə səyahət zamanı balinalara baxın, dağ velosipedi və şəhərin ətrafında möhtəşəm dağlarda gəzinti zamanı hər şeyi bir anlıq unudun və nəhayət, ana təbiətlə baş-başa, gözəl vaxt keçirin. Və bu kifayət qədər asan və əyləncəlidir. Siz Vankuverdə bir neçə ay keçirə bilərsiniz (biləcəksiniz də..). Bunu gənc və sağlam ikən etmək daha asan və əyləncəli olacaq  (ən azından
bilirsiniz ki, 30 yaşı keçəndən sonra ip ilə hündürlükdən tullanmaq istəməyəcəksiniz).

8.Dublin, İrlandiya

8Zümrüd adalarında qədim dadlı İrlandiya “krekinin” dadın baxın. Bura barlar Dublinin ikon pivələri, şən musiqi və yəqin ki, həyatınızda nə vaxtsa qarşılaşa biləcəyiniz ən dostcanlı insanlarla doludur. Dostlarınızla qayğısız bir həftəsonu keçirmək üçün Dublin əla bir yerdir.

9.Roma, İtaliya

9Roma möhtəşəm İtalyan havasını mədəni və tarixi təcrübələrlə, dünyada ən gözəl yeməklərindən bəziləriylə birləşdirir. Gün eynəklərinizi taxın, skuterinizi götürün və Kolizey, Vatikan və Pantionda şəhərin ətrafında zamanda səyahət edin. Və sonra pizza üçün qısa vaxt ayırın. Axşamlarnızı “Əbədi şəhər”də pizza, pasta, tiramusu və gelato yeyərək zövq alın və unutmayın ki, dadlı yeməklərlə dolu səyahət siyahızı ən yaxşısı bütün gün pizza yeməyə imkan verən metobolizmaya sahibkən həyata keçirmək lazımdır.

10.Rio, Braziliya10

Rio Kopakabana çimərliyi və Sugarlife dağlarından tutmuş Krist Reedemere kimi gəzməyə layiq yerlərlə doludur. Rionun qısa təsvirini versək, bu musiqi, insanlar və rəqsdir. Bura narahat yuxusuz gecələrinizi unutduracaq və gün batana kimi yalnız əyləncənin hökm sürdüyü yerdir. Rioya dünyanın ən böyük və ən rəngli partilərində iştirak edib təcrübə qazanmaq üçün karnaval mövsümü zamanı səyahət edin.