Prezidentdən imkansız ailəyə yeni il sürprizi

Gürcüstan prezidenti Yeni İl bayramı münasibətilə maraqlı addım atıb. Georgi Marqvelaşvili xanımı ilə Tbilisidə imkansız bir ailəni ziyarət edib. Hədiyyələrlə gələn prezidentin gözlənilməz addımı ailəyə əsil sürpriz yaşadıb. Gürcüstan prezidenti çoxuşaqlı ailənin üzvləri ilə bir-bir görüşərək onları təbrik edib.