Rustavidə ağır yol qəzası baş verib

Rustavidə qəzaya uğrayan avtomobildə partlayış baş verib, 5 nəfər gənc yanaraq dünyasını dəyişib.
Bu gün səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.
BMW markalı avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.
Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib. Gürcüstan cinyyət məcələsinin 276-cı maddəsinə əsasən cinayyət işi açlıb. Hadisənin başvermə səbəbləri araşdırılır.