“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib

2019-cu il fevralın 23-də Bakı şəhərindəki  4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin
Pirallahı bölməsində  “Xocalı soyqırımı tarixin qan yaddaşıdır”
adlı sərgi keçirilmişdir. 

Sərgidə dərnək üzvlərinin  70-dən çox rəsmi nümayiş etdirilmiş,
Məktəb teatrı dərnəyinin üzvləri Xocalı faciəsi haqqında şeirlər söyləmişlər.

 

“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib

Bakı şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf

Mərkəzinin direktoru Gülarə xanım Quluzadə 

çıxış edərək, qonaqlara Xocalı soyqırımı haqqında məlumat vermişdir.

 

Sərgidə Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov,

Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev,

Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılov,

Pirallahı rayon Prokuroru İbrahim Ləmbəranski, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov,

Xocalı ailələri, rayon ictimaiyyəti,  KİV və QHT nümayəndələri iştirak etmişlər.

 

AZƏRTAC həmin tədbirdən xüsusi reportaj hazırlayıb yaymışdır.

Həmin reportajı biz də Borcali.Org-un dəyərli oxucularına təqdim edirik.

 

MƏHBUBƏ MƏMMƏDOVA,
ZiM.Az-ın xüsusi müxbiri

 

.