“Marneuli” Radiosuna tolerantlıq müdafiəçisi mükafatı verilib

Bu gün, 16 noyabr tarixində Gürcüstan Xalq Müdafiəçisində fəaliyyət göstərən Tolerantlıq Mərkəzi beynəlxalq tolerantlıq gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə milli azlıqlar və dini şuralar tərəfindən seçilmiş tolerantlıq müdafiəçiləri mükafatlandırıblar. “Marneuli” Radiosu tolerantlıq müdafiəçisi statusu qazanıb. Media təşkilatlar arasında Marneuli Radiosu ilə yanaşı “Batumelebi” və “Pankisinin icma radiosu WAY” də mükafatlandırılıb.

Tolerantlıq müdafiəçisi mükafatı verilib:

İohanes Duma – Hollandiyanın Gürcüstandakı səfiri;

Monazon Sidoniya;

Vitali Səfərov – Vitali Səfərov 24 sentyabrda Tbilisidə olan ksenofobiya nəzdnində öldürülmüş hüquq mühafizəçisidir. Səfərov qeyri-hökumət təşkilatı “Qoşulma və İnkişaf Mərkəzində” çalışırmış;

Natia Kapanadze – Acara televiziyası və radiosunun direktoru;

Sopio Sicinava – MSK-nın Koordinasoya Planlaşdırılması və Hesabatlar Departamentinin rəhbəri;

Vaja Vardidze – Sulxan-Saba Orbeliani Tədris Universitetinin rektoru, teoloq;

Etniklik və Multikulturalizm Mərkəzi;

Xüsusi mükafat verilib:

Qari August – Gürcü alman cəmiyyətinin rəhbəri;

Regina İakobidze – Latviya Cəmiyyətinin rəhbəri.

Mənbə: marneulifm.ge