Gürcüstanda keçirləcək prezident seçkiləri üçün Azərbaycan dilində seçki bülletenlərinin çapına başlanıldı

Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına bu gündən başlayır.

Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze oktyabrın 21-də keçirdiyi brifinqdə bildirib.

Qeyd edib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək. 3 709 seçki məntəqəsi üçün 3 milyon 259 min 900 seçki bülleteni çap olunacaq.

Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq.

Seçki bülletenləri 209 seçki məntəqəsi üçün Gürcü-Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə Gürcü-Erməni dillərində çap olunacaq.

Onuda bildirək ki, bu il baş tutacaq Prezident seçkiləri üçün 3 518 890 seçici qeydiyyatdan keçmişdir.

Xatırladaq ki, 2018-ci ilin 28 oktyabrında Gürcüstan vətəndaşları son dəfə prezident seçəcəklər. Prezident seçkilərində 25 namizəd mübarizə aparacaq.