“Dünyanı Sevgi və Təhsil Xilas Edəcək” layihəsi çərçivəsində Mollaoğlu kəndində yeni təhsil mərkəzinin açılışı keçirilib

“Dünyanı Sevgi və Təhsil Xilas Edəcək” layihəsi çərçivəsində bu gün, 24 sentyabr tarixində Mollaoğlu kəndində yeni təhsil mərkəzi “Yeni Düşüncə İnustutu”nun açılışı keçirilib. TİKA-nın maliyyə dəstəyi ilə istifadəyə verilən təhsil mərkəzində gürcü dili, kompüter və digər kurslar keçirləcək.

Bununla yanaşı gənclər asudə vaxtlarında mərkəzdə fəaliyyət göstərən kitabxanadan kitab götürərək oxuya biləcəklər. Mərkəzin açlışında “TİKA” təşkilatının nümayəndələri, yerli hakimiyyət nümayəndələri, parlament deputatı və maraqlanan şəxslər iştirak edirdilər.

Layihənin ideya müəllifləri Ariz Daşdəmirli, Kamran Əfəndiyev, Emin Yadigarov və Nuça Demedraşvilidir.

Xatırladaq ki, üç il bundan əvvəl Mollaoğluda fəaliyyətə başlayan “Mollaoğlu İnkişaf Mərkəzi” bu günə qədər kənd məktəbində çalışmaqdadır. Mollaoğludan sonra isə bu il Xuldərə kəndində də yeni təhsil mərkəzinin açılışı baş tutmuşdur. İki mərkəzi bir araya gətirmək üçün gənclər rəsmi olaraq “Yeni Düşüncə İnustutu” kimi qeydiyyatdan keçiblər.

Mənbə: marneulifm.ge