30 iyul tarixində 3 aylıq müzakirədən sonra konstitusiya məhkəməsinin qərarı ilə Gürcüstanda marixuanadan istifadə etmək qanuniləşdi.
Bu qanunda marixuananın yalnız istifadəsindən söhbət gedirdi, satışından deyil. Qərar yayımlanan gündən qüvvəyə mindi.
Qüvədə olan qanuna əsasən marixuanadan istifadə etmənin bəzi ərazilərdə cəzalandırılması da nəzərdə tutulurdu. Bunlar əsasən ondan barətdir: ictimai yerlərdə; hər növ nəqliyyat vasitələrində; yetkinlik yaşına çatmamış şəxsin yanında; tədris müəssisələrində; 18 yaşa qədər şəxslərərin və onlara yaxın olan hər hansı müəssisələr, tikililər və onların mülkünə aid olan ərazilərdə istifadə olunması qadağandır.
Marixuananın istifadəsi qanuniləşdirildikdən sonra Daxili İşlər Nazirliyi tərəfindən hökumət iclasında bəyan edildi ki, tibbi məqsədlərlə marixuananın lisenziya əsasında becərilməsi və satılmasına icazə verilsin.
Bəyanatda o da qeyd olunur ki, müvafiq tənzimləmələr üçün mütləq ixtisaslaşmış agentlik də yaradılacaq. Bunun çərçivəsində də konkret lisenziya şərtlərinin müəyyənləşdirilməsi baş tutmalı, həmçinin müxtəlif növ fəaliyyətlər üçün müxtəlif lisenziyalar olmalıdır. Bu becərməni, istehsalını, emalını və s. nəzərdə tutur.
İctimai yerlərdə marixuanadan istifadəyə görə dövlət işlərində çalışmaq imkanları məhdudlaşdırılacaq. Bu haqda Parlament sədrinin müavini Qia Volski Patriarxlığın təşkilatçılığı ilə baş tutan narkomaniya mövzusundakı konfransda deyib.
Sakinlər marixuananın lisenziya əsasında becərilməsi və satılmasına icazə verilməsi haqqında sorğu keçirilib. Sorğuda sakinlərin əksəriyyəti bunun yalnış fikir olduğunu və sağlamlıq üçün mənfi nəticələrə səbəb olacağını bildirdilər.
Ötən həftə isə Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirdib ki, narkotik vasitəsinin təsiri altında olub olmamağı yoxlamaq üçün ölkəyə yeni növ cihazların gətirilməsini planlaşdırırlar. İdarədə dəqiqləşdirə bilmirlər ki, yeni cihaz portativ olacaq yoxsa yox.
Onu da əlavə edək ki, NDİ-ın apardığı sorğuya əsasən əhalinin 74% marixuananın qanuniləşməsini dəstəkləmir, 18% dəstəkləyir, 8%-i isə bu haqda bilmir. Tədqiqat işləri 23 iyun-8 iyul dövründə Gürcüstan miqyasında gürcü, erməni və azərbaycan dilli əhali arasında (işğal edilmiş ərazilər istisna olmaqla) 2,409 nəfər arasında aparılıb.
Mənbə: Borchalitv