Gürcüstanda həps cəzası ləğv olunub

Gürcüstanda kiçik dozada marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası ləğv olunub. Müvafiq qərar ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib. Qərara əsasən, məhkəmə marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası nəzərdə tutan normanı Konstitusiyaya zidd hesab edib. Təşəbbüsü Gürcüstanın ombudsmanı irəli sürüb. Ombudsman marixuanadan istifadəyə görə həbs cəzasını həddindən artıq sərt olduğunu iddia edib.