Marneulidə Müstəqillik günü həsr olunmuş tədbir keçirildi

Marneulidə Müstəqillik günü həsr olunmuş tədbir keçirildi

Mayın 26 da, Marneuli bələdiyyəsində Gürcüstanın ilk dəfə demokratik respublika kimi yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

Şəhərin mərkəzi küçəsində müxtəlif mədəni, idman tədbirləri və bu günlə əlaqədar sərgilər nümayiş olundu. Bu günkü tədbirdə Qubernatorun müavini Zaur Darğallı, Yerli Özünüidarəetmənin rəhbər şəxsləri və yerli sakinlər iştirak edirdilər.

Tədbir çərçivəsində bu gün üçün düzənlənmiş güşələrə bələdiyyənin meri Temur Abazov və Sakrebulonun sədri Amiran Qiorqadze, qubernatorun müavini ilə birlikdə baş çəkərək, sakinləri ölkə müstəqilliyinin 100 illiyi münasibəti ilə təbrik etdilər.

Bayram tədbirində hərbi texnika, milli geyimlər nümayiş olundu. Marneulinin ictimai kitabxanasının və əlifba güşələri qurularaq, Tbilisinin köhnə küçəsi öz atrebutları ilə canlandırıldı.

Eyni zamanda, Mədəniyyət Mərkəzində hazırlanan saxsı qabların və rəsmlərin sərgisi, Qurucu Davit adına məktəb-litseyin güşəsi, Şulaverdə yerləşən “Studio Hobby Hause” da hazırlanmış əl işlərinin sərgisi və Əl ilə hazırlanmış ziynət əşyalarının sərgisi (Medea Ckadua) baş tutdu.

Marneuli Meriyası ərazisindəki istirahət parkında Marneuli bələdiyyəsində yerləşən mədəni abidələrin foto sərgisi, bələdiyyə Meriyası tərəfindən həyata keçirilmiş və planlaşdırılan layihələrin fotosərgisi, Marneuli şəhər kitabxanasının parkında isə orkestrin iştirakı ilə klassik musiqi konserti
Marneuli şəhəri Mədəniyyət Evinin həyətində Uşaq əyləncə sahəsi (atraksiyonlar), bağçalar sahəsi SMART PHOTO köşkü, fotoqraf güşəsi (əyləncəli fotolar, sınaq fto otelye), “Dream Partners” təşkilatının əyləncəli proqramı və əsgərlər güşəsi, küçə kukla teatrının mini tamaşası, parkın sol tərəfində idman aktivitələri, gürcü güləşi, qol güləşi və şahmat yarışı oldu.

Xüsusi ilə bu gün Mədəniyyət Evinin həyətində, Gürcüstanın ilk dəfə demokratik respublika kimi yaranmasının 100 illiyinə həsr olunmuş tədbir ilə əlaqədar qubernatorun müavini, Sakrebulonun sədri ilə birlikdə palıd ağacı əkdi.

 

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________