Marneuli şəhərində “Ailə İnstutu və Dini Dəyərlər” mövsusunda konfrans keçirilib

Marneuli şəhərində “Ailə İnstutu və Dini Dəyərlər” mövsusunda konfrans keçirilib

Bu gün, 2 aprel tarixində Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində “Ailə institutu və dini dəyərlər” mövzusunda konfrans təşkil olundu. Müsəlman Qadınlar İcması və Həzrət Zeynəb (s.ə) adına cəmiyyətin təşkilatçılığı ilə keçirilən konfransda rayonun müxtəlif yerlərindən xanımlar iştirak etdi.

Qurani-Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan Rəhimə Qurbanova öncə bu günə təsadüf edən Hz. Zeynəbin (s.ə) vəfatı ilə bağlı başsağlığı verib bu mövzuda keçirilən silsilə konfransların əhəmiyyətindən danışdı. Sonra Xanım Zeynəbin (s.ə) həyatından bəhs edən qısa video çarx nümayiş olundu.

Konfrans açıq elan olunduqdan sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İİR-nın Təbriz şəhərindəki Tibb Üniversitetinin mədəniyyət və ailə məsələləri üzrə eksperti xanım Zəhra Kuhi , İcmanın üzvləri olan din müəllimələri Rəna Elçiyeva və Aişən Ziyadəliyeva çıxış etdilər. Çıxış edənlər Ailə institununun formalaşmasında və qorunub saxlanılmasında dini dəyərlərin rolu, Ailə problemləri, ailədaxili ziddiyyətlərin səbəbi, xöşbəxt ailənin sirləri və valideyn övlad münasibətləri haqda ətraflı danışdılar.

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________