Marneulinin Mülki Məşğulluq Mərkəzində “Dövlətin İş Axtarışında Olanların Peşə Üzrə Hazırlığı və İxtisaslaşdırılması Proqramı”-nın məzunları üçün sertifikat təqdimatı mərasimi təşkil olundu.
Sertifikat təqdimatı mərasiminə Bələdiyyənin İcra Başçısı Merab Topçişvili, müavinləri, Marneulinin Sosial Agentliyinin rəhbər şəxsləri və Təhsil Ehtiyat Mərkəzinin nümayəndələri də dəvvət almışdırlar.
Qeyd etmək lazımdır ki, Gürcüstan Sosial Xidməti Agentliyinin işlə təminat proqramları departamentinin təşkilatçılığı ilə 2016-cı ildə proqram Tbilisidə və 18 Bələdiyyədə həyata keçirildi və cəmi 1995 nəfər iş axtarışçısı proqrama qoşuldu.
Sözü gedən proqramın məqsədi vətəndaşların işlə təmin olunmasına dəstək olmaq və əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarını artırmaqdır.
Marneulinin Tibb Kollecində bu proqrama 45 dinləyici qatıldı. Bunlardan 43 nəfər dinləyici tədris kursunu uğurla tamamladı.
Mərasimə toplanan dəvvətli qonaqlarda kursu bitirənlərə sertifikatları şəxsən təqdim etdilər.