Bu gün, Marneuli bələdiyyəsinin Meriyasında, mer Temur Abazov müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze ilə birlikdə işgüzar iclas keçirdi. Tədbirdə merin kənd ərazi vahidliklərindəki nümayəndələri iştirak edirdilər.
Mer öz nümayəndələrinin diqqətini ilk öncə munisipalitet ərazisində qeyri qanuni tikintilərin aradan qaldırılması üçün həyata keçiriləsi tədbirlərə yönləndirdi. Temur Abazov hər bir nümayəndəsinə tapşırdı ki, öz kənd ərazilərində davam edən tikinti işlərinə operativ münasibət bildirsinlər.
Merin sözlərinə görə, vətəndaşlar tikinti/inşaat işlərinə başlamazdan əvvəl öz hüquqlarından xəbərdar olmalıdır ki, aparılan tikinti işləri qanuni olsun və heç bir vətəndaş sonradan cərimə ödəyəsi olmasın. Vətəndaşlara tikinti aparılması haqqda hüquqları barədə məlumatı merin nümayəndəsi çatdırmalıdır.
Tədbirdə dağlıq ərazidə yaşayanlara status verilməsi, onların dövlət güzəştlərindən yararlanmaları barədə məlumat yaymanın əhəmiyyətindən də söhbət açıldı. Mer öz nümayəndələrinə bu mövzu ilə bağlı vətəndaşlara məlumatın çatdırılmasını tapşırdı.
İclasda Həmçinin munisipalitet ərazisində yaşayan sosial aztəminatlı ailələr bazasının yaradılması məsələsinə də toxunuldu.
İlk mərhələdə merin nümaəndələrinə tapşırıldıki, belə ailələri axtarıb siyahını müvafiq xidmətə təqdim etsinlər. Sonra sosial xidmət Meriyanın səlahiyyətləri daxilində, bu cür ailələrə sosial yardım göstərilməsini təmin edəcək.
Tədbirdə Meriyanın rəhbər şəxsləri bildirdilər ki, yuxarıda qeyd olunan məsələ ilə bağlı fəal iş gedir. Yaxında aztəminatlı ailələrə hər hansı yardım göstərilməsi üçün proqram hazırlanacaq.
İşgüzar xarakterli tədbir əsasən sual cavab formatında keçdi. Mer öz nümayəndələrinin gördüyü işlər barədə məlumat alaraq gələcək planlardan söhbət açdı.