Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin qərarı ilə, Yerli Özünüidarəetmənin təşəbbüsü və fəal iştirakı ilə Şaumyanda yerləşən Aleksandre Məlik Paşayevin Evinə daşınmaz mədəni irs obyekti/abidəsi statusu verildi.
Ev 19 cu əsrdə Kələntərov soyadlı bir nəfər tərəfindən tikilib. Kələntərov həmin dövrdə bu kəndin Məliki imiş və hərbi xidmətini çar Rusiyasının hərbi sıralarında çəkmişdir. Sonrakı illərdə evdə Kələntərovun törəmələri yaşayıb (Qabo Kələntərov və Məlik Kələntərov).
Bir məlumata görə 1905 ci ildə bu evdə Aleksandre Məlik Paşayev dünyaya gəlib, o sonradan məşhur erməni dirijoru olub. Əvvəlcə Tbilisi Opera və Balet teatrının baş dirijoru, Moskvanın Böyük Teatrında baş dirijor olub.
Ölkə Sovet itiifaqına daxil olduqdan sonra, 1926 cı ildə komunistlər Kələntərovun əlindən alaraq komitə şurasıni yerləşdirdilər. Komitə 1987 ci ilədək fəaliyyət göstərirdi. 1987 ci ildən sonra buraya kitabxana və Paşayevin muzeyi adını daşıdı. Bu gün binada kənd kitabxanası yerləşir, otaqların birində isə Paşayev muzeyi yer alır. Muzeydə dirijorun Moskvanın Böyük Teatrında fəaliyyəti ilə əlaqəli materiallar qorunur: klaviaturalar, afişalar, müxtəlif sənədlər, əlyazmalar, şəxsi əşyalar.
Binanın o dövrə uyğun komitə urbanizasiyasını əks etdirən elementləri var.
Xatırladaq ki, 2015 ci ildə munisipalitet ərazisində müassir standartlara uyğun şəkildə islam, provaslav, qriqoryan məhsəblərinə məxsus dini abidələrin aradırmasına başlandı. Hazırda 114 abidə araşdırılıb, onlardan 83 ədədinə mədəni irs daşınmaz obyekt/abidə statusu verildi. Tamaris və Ağkörpü ərazilərində yerləşən alman məntəqələri üzərindədə tədqiqatlar aparılacaq.