“Borçalı-İrəli” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə İ. Javaxişvili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan Dostlar Kulubunun və Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyasının dəstəyi ilə Xocalı Soyqırımının 26-cı il dönümü ilə əlaqədar paytaxt Tbilisidə “Xocalıya Ədalət” adlı yürüş aksiyası təşkil olundu.
Aksiya iştirakçıları Rustaveli metro stansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Abxaziyaya və Osetiyaya Ədalət”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndirildi. Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün “Borçalı İrəli” İctimai Birliyi tərəfindən gürcü dilində çap etdirilən bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatdı.
“Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov jurnalistlərə açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də əsrin ən dəhşətli və faciyəli soyqırımı olan Xocalı Soyqırımının tanıdılması və təbliğatı üçün bu ildə Xocalıya Ədalət adlı aksiya təşkil etdik, paytaxt sakinlərinə eləcədə paytaxtda qonaq olan digər millətlərə Xocalı haqqında geniş və dolğun məlumat veririk!