Hökumətin dəstəyi ilə, “Vahid Aqrolayihə” çərçivəsində, Marneuli bələdiyyəsində müassir standartlara uyğun “Hazır Şitil” adlı təsərrüfat istixanası quruldu.
İllik 30 milyon şitilin istehsalı mümkün olan təsərrüfatda 30 nəfər işlə təmin olunub. Məhsul yerli bazarda satışa çıxarılır.
Şirkət “Güzəştli Aqrokredit” layihəsinin benefisiarıdır. Müəssisəyə cəmi 1 1, 862 000 ABŞ dolları yatırım qoyulub. Buradan 442 000 ABŞ dolları güzəştli aqrokreditdəndir.
İstixana təsərrüfatının açılışında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Layihələrin İdarəsi Agentliyinin direktoru Revaz Asatiani, Marneuli bələdiyyəsinin meri Temur Abazov, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, Parlamentin üzvü Ruslan Hacıyev, Kvemo Kartli Qubernatorunun müavini Zaur Darğallı, Özünüidarəetmənin digər rəhbər şəxsləri və dəvvətli qonaqlar iştirak edirdilər.
Əzizkənddə yerləşən yüksək texnologiyalarla təchiz olunmuş, Avropa standartlarına cavab verən “Şitillik Təsərrüfatı” artıq istifadəyə verildi.
“Hazır Şitil” şirkəti Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mikro və kiçik təsərrüfatçılara dəstək proqramı “Gürcüstanda İstehsal Et” –in maliyyə dəstəyi ilə fəaliyyətə başladı.
Sözü gedən proqram bölgələrdə insanlarda kiçik biznes və müəssisə kapitalının yaradılmasına, inkişaf etdirilməsinə maraq yaratmaqdır.
Şitil təsərrüfatı yerləşən istixanalarda bir ay ərzində 7 milyon tərəvəz şitili yetişdirə və sata bilir. Mütəxəssislər istixanada pomidor, badımcan, bibər, yemiş, qarpız, kələm, kərəviz(miniaxur) və s. şitillər yetişdirirlər.
Qeyd etmək lazımdır ki, Kənd Təsərrüfatı Layihələrinin İdarəsi Agentliyi, “Gürcüstanda İstehsal Et-Biznes” çərçivəsində, “Vahid Aqrolayihə”ni həyata keçirir. Layihə uzunmüddətli inkişaf üçün nəzərdə tutulub və onun məqsədi Kənd Təsərrüfatında rəqabət bacarığını yüksəltmək, yüksək keyfiyyətli məhsulun istehsalının stabil artımı və beynəlxalq ərzaq mühafizəsi standartlarını tətbiq etməkdir.