Bələdiyyə Məclisinin İclası 19.02.2018

Fevralın 19 da, Marneuli bələdiyyəsinin bələdiyyə  məclisinin növbədənkənar iclası baş tutdu. İclası ənənəvi olaraq bələdiyyə məclisi sədri Amiran Qiorqadze aparırdı, orada gün planı ilə nəzərdə tutulmuş beş məsələ müzakirə olundu. (günün planına baxın: http://marneuli.gov.ge/…/1820-marneulis-municipalitetis… )

Müzakirəyə qoyulan məsələlərin hər biri müsbət dəyərləndirilərək təsdiqləndi.

İclasda Meriyanın işçi siyahısına dəyişiklik daxil edildi. Beləki, Meriyanın işçi siyahısına iki ştat vahidliyi əlavə olundu. Eyni zamanda iclas Marneuli bələdiyyə merinin 2018 ci il 6 fevral tarixli N03/843 nömrəli məktubunu müzakirəyə qoydu. Məktubda söhbət 2016–2017-ci illərdə Aşağı Saral kəndində yaradılmış su xətti binasının “Marneuli Kəndsuyu”na (შ.პ.ს „მარნეულის სოფწყალს“) MMC-nin müddətsiz təhvil verilməsindən gedirdi və deputatlar bu mövzuya öz müsbət fikirlərini bildirdilər.

Tədbirdə Gürcüstan Bölgə İnkişafı və İnfrastruktura Nazirliyinin 2018 ci il 7 fevral tarixli N01/383 saylı məktubuda oxundu. Məktubda Marneuli bələdiyyəsinin, Şulaver kənd ərazi vahidliyində yerləşən Maret adlı məntəqəyə kənd statusu və “İverioni” adının verilməsindən bəhs olunurdu. İclas üzvlərinin qərarı il bu tələb öz təsdiqini tapdı.
Fevralın 19 da baş tutan iclasda yeni yaranmış Gender Şurası nizamnaməsində dəyişiklik aparıldı. Beləki, Gender Şurasına üç yeni üzv əlavə olundu.