Tbilisi hava limanının fəaliyyətində problem yaranıb

Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb.

Aeroport bir neçə aviareysin qəbulunu ləğv edib.

Gecə saatlarında ləğv olunmuş aviareyslər arasında Bakı-Tbilisi və Tehran-Tbilisi aviareysləri də olub. Moskva-Tbilisi reysini həyata keçirən təyyarə isə Kutaisi beynəlxalq hava limanına enib.

Hazırda aeroportun fəaliyyəti tam bərpa olunmaq üzrədir.

Mənbə: apa.az