Fevralın 15 də, Marneuli bələdiyyəsinin meri Temur Abazov müavinləri və bələdiyyə məclisinin sədri Amiran Qiorqadze ilə birlikdə Gürcüstanın Elm və Təhsil Nazirliyinin, Zurab Jvaniya adına dövlət administrativ məktəbinin direktoru Keti Maxaraşvili, məktəb müdriyyətinin və bölgə təhsil mərkəzinin nümayəndələri ilə görüşdü.
Görüş tanışlıq xarakteri daşıyırdı. Jvaniya məktəbinin nümayəndələri, Özünüidarəetməsinin rəhbər şəxslərinə məktəbdə olan proqramlar və gələcək planlar barədə ətraflı məlumat çatdırdılar. Tədbirdə eyni zamanda Özünüidarəetmədə işlə təmin olunmuş şəxslərin peşə səviyyələrinin artırılması, ictimai işçilərin ixtisaslaşdırılması məsələləri və gələcək əməkdaşlıq planlarından danışıldı.