“Birgə Aqrolayihə” çərçivəsində, Marneulidə yeni giləmeyvə bağı salındı

“Birgə Aqrolayihə” çərçivəsində, “Gürcü Giləmeyvəsi” dostluğu, Marneuli rayonunun Axlo Mahmudlu kəndində 7 ha əraziyə moruq və böyürtkən bağı salıb.

Moruq və böyürtkən bağını üç qadın birləşərək, “Gürcü Giləmeyvəsi” dostluğu yaradaraq, dövlətdən pul alıb yaradıblar.

Bağın salınması üçün dövlət büdcəsindən 53,305 lari ayrılıb. Buradan 35,805 lari ağac tinglərinə və 17,500 lari isə damcıvari suvarma sisteminin quraşdırılmasına xərclənib.

Moruq və böyürtkən bağına kənd təsərrüfatı layihələrinin idarəsi agentliyinin “Gələcəyini Yarat” proqramının meneceri, Levan Dolidze Marneuli bələdiyyəsinin mer müavini Zaur Tabatadze ilə birlikdə baş çəkdi

“Gələcəyini Yarat” layihəsi çərçivəsində, Gürcüstan miqyasında 4,293 hektar yeni meyvə bağları salınıb. Dövlət maliyyəsi 22,271,868milyon təşkil edir. Buradan Daxili Kartli bölgələrində 1,349 ha torpaq sahəsinə bağ salınıb.

Kənd təsərrüfatı layihələrinin idarəsi agentliyi “Biznesini-Gürcüstanda İxrac Et” layihəsi çərçivəsində “Birgə Aqrolayihə”-ni həyata keçirir. Layihənin məqsədi uzunmüddətli inkişaf, kənd təsərrüfatında rəqabəti artırmaq, yüksək keyfiyyətli məhsul istehsalının stabil artımı, ərzaq məhsullarının mühafizəsində beynəlxalq standartları tətbiq etməkdir.