Orqanik tullantılar müəssisəsinin inkişafı barədə müzakirə

Fevralın 8 də, Marneuli munisipaliteti Meriyasında, Marneulinin Yerli Özünüidarəetməsinin rəhbər şəxsləri və MMC “Orqanik Tullantılar Müəssisəsi”nin direktorunun iştirakı ilə işgüzar tədbir keçirildi.

Tədbirdə müəssisənin direktoru İrakli Burnadze, Özünüidarəetmənin rəhbər şəxslərinə müəssisə haqqda qısa məlumat verdi. Təqdimatda 2018-2020 ci illər ərzində müəssisənin fəaliyyət planı özünü əks etdirirdi. Direktor müəssisənin hal-hazırkı vəziyyəti, inkişaf planı və prioritetlərindən danışdı.

Təqdimatdan sonra tədbir iştirakçıları müəssisənin əhəmiyyətini müzakirə edərək birlikdə gələcək planlarını cızdılar.
Görüşdə Marneuli munisipalitetinin meri Temur Abazov, merin müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze, Sakrebulonun sədr müavini Mamuka Naveriani, Sakrebulo deputatları və merin əməkdaşları iştirak edirdilər.